Ulduzlar ilin ən maraqlı musiqi və art festivalı "Cochella"ya qatılıblar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məşhurların bir çoxu fərqli geyimlər geyinərək doyunca əyləniblər.
Həftə sonları keçirilən festivalda Castin Biber, Peris Hilton, Leonardo DiKaprio, Cici Hadid, İan Somerholder, Pol Makkartni, Bruklin Bekhem, Förgi, Alesandro Ambrosio və digər tanınmışlar iştirak ediblər.
Qeyd edək ki, Kaliforniya ştatının Koaçella dərəsində keçirilən festival ilin ən çox dedi-qodu yaranan tədbirləridən sayılır.