Beyonsun anasının toyu oldu - fotolar

Beyonsun anasının toyu oldu - fotolar
3220 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Beyons anası Tina Noulsun bir neçə gün əvvəl baş tutan toyundan fotolar paylaşıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 61 yaşlı Tina 67 yaşlı aktyor Riçard Lousonla ailə qurub. Nikah mərasimi Kaliforniya sahillərində bir yaxtada baş tutub. Mərasimdə Beyonsun həyat yoldaşı Cey Zi və bacısı Solanj iştirak edib.

Qeyd edək ki, T.Nouls 2011-ci ilədək Beyons və Solanjın atası Metyu ilə nikahda olub.