"Aqil məni ağlatdı" - fotolar

"Aqil məni ağlatdı" -  fotolar
4008 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli "Hüzur" mahnısına klip çəkdirib.

Yeni işi ilə bağlı Axşam.az-a açıqlama verən sənətçi təəssüratlarını bölüşüb:

"Ekran işinin rejissoru Aqil M.Quliyevdir. Operator Pilonski Moskvadan gəlib. Klipin prodüseri Toma Hüseynəliyevadır. Klip çəkilişi 17 saat davam edib. Ekran işi üçün xüsusi texniki avadanlıqlar gətirilib. Hətta klip "Avatar" filmində istifadə olunan kamera ilə lentə alınıb. Çəkilişin bir hissəsi hava limanında aparılıb. Aqil məni ağlatdı. Çox maraqlı alınıb. Yaxın günlərdə təqdim edəcəyik. Əminəm ki, bəyəniləcək".