Təranə ilə Musa ikinci dəfə nikaha daxil oldular

Təranə ilə Musa ikinci dəfə nikaha daxil oldular
5091 dəfə oxunub
  • A-
  • A
  • A+

Musa Musayev-Təranə Qumral cütlüyü “A-dan Z-yə”  verilişində rəsmi nikah bağlayıb.

Axşam.az-ın məlumatına görə, cütlük illər əvvəl müəyyən səbəblərdən boşanmışdı.

M.Musayev və T.Qumral cütlüyü valideynlərinin icazəsi olmadan evləndikləri üçün özlərinə heç vaxt təmtəraqlı toy etməyib. Bunu nəzərə alan verilişin yaradıcı heyəti onlara nikah mərasimi təşkil edib.

Məclisə cütlüyün yaxınları, ailə üzvləri və dostları qatılıblar.

Aprelin 18-də saat 22:00-da yayımlanacaq proqramda aparıcı Zaur Nəbioğlu ifaçıların şəxsi həyatları ilə bağlı bir çox gizli məqamların üstünü açacaqlar.

Xatırladaq ki, ailəsi Musa Musayevdən Təranə Qumralla evləndiyi üçün üz döndərib. Bu səbəbdən aparıcı cütlüyün ən çox xeyir-dua almaq istədikləri ananı çəkiliş məkanına dəvət edib.

Foto: Elşən ARİF