Azərbaycanlı aktrisaların çəkildiyi film təqdim olundu - foto

Azərbaycanlı aktrisaların çəkildiyi film təqdim olundu - foto
1586 dəfə oxunub
  • A-
  • A
  • A+

"28 cinema”da “Son məktub” filmi ilə bağlı mətbuat konfransı keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirə ekran işində rol alan azərbaycanlı aktrisa Nəzrin Cavadzadənin qatılacağı deyilsə də, o mərasimə gəlməyib.

Rejissor Özhan Aran filmi ilə bağlı danışıb:

“Filmdə iki azərbaycanlı aktrisa çəkilib. Nəsrinin təzyiqi olduğu üçün gələ bilmədi. Ümid edirəm ki, tədbirin sonuna qədər gələcək. Mina Sovetski isə bizimlədir. Mən də əslən azərbaycanlıyam. Babam o vaxtlar Amasiyaya köçüb. Bu gün Bakını gəzmişəm. 

Gəzdikcə göz yaşlarımı saxlaya bilmirdim. Ekran işinin ssenarisini də özüm yazmışam. Ssenariyə Azərbaycan tibb bacısı obrazını əlavə etmişəm. Çünki müharibə vaxtlarında azərbaycanlı xanımlar əsgərlərə çox kömək edib. Azərbaycanlı aktrisa axtarışında bizə Vahid Mustafayev dəstək oldu. Bir neçə aktrisa məsləhət gördü. Biz də Minanı seçdik. Mina orada türkü ifa edərək hamının marağını çəkdi. Filmimiz Bakıdan əvvəl İstanbul və Avropada yayımlanıb. Ssenari 7 ilə ərsəyə gəlib. Aprelin 18-nə kimi Bakıda olacam”.