Bakıda türkiyəli rejissor Özhan Aranın lentə aldığı “Son məktub” filminin qala gecəsi keçirilib.
Axşam.az-ın məlumatına görə, mərasimdə ekran işində baş rolu oynayan qardaş ölkədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə də iştirak edib.
Qala gecəsinə qatılanlar arasında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Alper Coşqun, tanınmış ictimai-siyasi xadimlər, millər vəkilləri, sənət adamları yer alıb. Əli Həsənov mərasimdə prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.
Qeyd edək ki, "Son məktub" filmi Çanaqqala savaşına həsr olunub. Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə ekran işi 100 ölkədə göstərilib. Filmdə azərbaycanlı aktrisa Mina Sovetski də çəkilib.
Foto: Ramin ASLANOV