Xərçəng xəstəsi olan oğlunu xilas etmək üçün bu yola əl atdı – fotolar

Xərçəng xəstəsi olan oğlunu xilas etmək üçün bu yola əl atdı – fotolar
3006 dəfə oxunub
  • A-
  • A
  • A+
Çen Yuntao adlı 38 yaşlı çinli qan xərçəngi olan uşağının xəstəxana xərclərini ödəmək üçün ürək sızladan bir yola əl atıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ata Hefei şəhərinin işlək küçələrində başına at maskası taxaraq yoldan keçənlərə 5 yuan qarşılığında onları belində gəzdirməyi təklif edir. Oğlu Çen Minqhaodan ötrü bu addımı atan Yuntao “Son çarəm olmasaydı, bunu etməyi əsla fikirləşməzdim” deyib. İndiyədək övladını xəstəliyin pəncəsindən qurtarmaq üçün 200 min yuan xərcləyən atanın 160 min yuan borcu var.
 
Növbəti kimyəvi terapiya üçün isə 400-500 min yuan tələb olunur.