“İnsanlara ümid vermək istəyirəm” – İrina Şeyk

“İnsanlara ümid vermək istəyirəm” – İrina Şeyk
2044 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldodan ayrıldıqdan sonra fikrini işlərinə yönəldən rusiyalı model İrina Şeyk “Viva” jurnalının aprel sayı üçün fotokameralar önünə keçib.

Axşam.az-ın məlumatına görə, model müsahibəsində həyata baxışından və gözəllik sirlərindən söz açıb:
 
“Sevdiyim insanlar üçün vaxt ayırıram. Ailəmə, dostlarıma diqqət göstərirəm. İşlərim də çox önəmlidir, ancaq tarazlığı qorumaq və həyatdan zövq almaq lazımdır. Şüarım da “Həyatını yaşa və özün ol”dur”.
 
İ.Şeyk doğulduğu Yemanjelisk şəhərində gördüyü xeyriyyə işlərindən də bəhs edib:

“Bacımla birlikdə xəstəxana tikdirdik. Ora doğulduğum və həyata baxışımın formalaşdığı yerdir. İnsanlara kömək etmək və ümid vermək istəyirəm”.

Özünü güclü qadın adlandıran İrina gözəllik sirlərini bölüşüb:

“Çoxlu su və C vitamini ilə zəngin şirələr içirəm. Bu isə dərimin daha canlı görünməsinə kömək edir. Bədəninizi sevməli və ona yaxşı qulluq etməlisiniz. İstədiyim yeməyi yeyirəm, daha sonra idmanla məşğul olub çəkimi qoruyuram. Hər gün idman edirəm və əzələ yaradan hərəkətlərdən qaçıram”.