“Elnur Hüseynovun mahnısına 40 dəfə qulaq asmışam. Çox xoşuma gəlir. Girişi əladır. “Eurovision”ın digər iştirakçılarına da qulaq asmışam. Amma çox da yaddaqalan mahnılar yoxdur”.
Bu sözləri Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni Samir Cavadzadə deyib. O, həmkarı E.Hüseynovun qalib olub-olmayacağı ilə bağlı fikirlərini bölüşüb:
“Eurovision” elədir ki, oradakıların zövqünü bilmək olmur. Hər il fikirlər dəyişir. Bir şeydən əminəm ki, Elnur yüz faiz yarımfinala keçəcək və ilk beşlikdə yer alacaq. Onun yenidən Avropa səhnəsinə çıxıb, özünü təqdim etməsi uğurdur. Elə insanlar var ki, birinci yer tutublar, amma sonra itiblər. Bəzisi də onuncu yer tutub, məşhurlaşıb. Qalib olsa da, olmasa da tək arzum odur ki, gözəl bir prodüser onu alıb, bizdən aparsın”.
S.Cavadzadə yenidən “Eurovision”a qatılmaqla bağlı da danışıb:
“Əgər gözəl mahnı olsa mən də yenidən qatılmaq istəyərəm. Amma etiraf edim ki, bu bir az bezdiricidir. Neçə ay eyni mahnını oxuyursan”.
Foto: Ramin ASLANOV