Modelyer Günay Mirzə dünyaca məhşur dizayner Margaux Bagurdan əməkdaşlıq təklifi alıb.
Axşam.az-ın məlumatına görə, ABŞ-ın Los-Anceles şəhərində "showroom" şəbəkəsi yaradan dizaynerə eskizlərini təqdim edən Günayın yaxın aylarda bu ölkəyə işgüzar səfəri nəzərdə tutulub.
G.Mirzə bildirib ki, əcnəbi dizaynerlərlə onun yaradıcılıq mübadiləsi İtaliyada təhsil aldığı illərdən başlayıb. Sosial şəbəkədə modelyeri izləyən M.Bagurdan onun ötən ay keçirilən “Fashion Night-2015”dəki kolleksiyasını bəyənib.
“Eskizlər artıq göndərilib. Geyimlər yaz-yay kolleksiyası üçün nəzərdə tutulub. Öncə modellərin iştirakı ilə podiumda nümayiş ediləcək kolleksiya daha sonra satış məqsədi ilə Bagurdanın Los-Ancelesdəki və onun xətti ilə müxtəlif şəhərlərdəki showroom şəbəkələrinə paylanılacaq" - deyə modelyer bildirib.
Qeyd edək ki, Günay Mirzə İtaliyada “İstituto Superiore di Sanita” təhsil ocağında master dərəcəsinə yüksəlib.
Əlaqə nömrəsi: (050) 521 63 28, (012) 596 83 26