Aparıcı Aytən Əliyeva ailəsindən danışıb.
Axşam.az-ın məlumatına görə, toyda.az saytına açıqlama verən aparıcı həyat yoldaşı, ATV-nin keçmiş aparıcısı Namiq Əliyevlə tanış olmalarını xatırlayıb:
"ATV-də “Son xəbər”də çalışarkən tanış olduq. Əslində əvvəl bir-biri ilə söhbət etməyi sevən səmimi dost idik. Sonradan bir-birini sevən cütlüyə çevrildik. Ailə qurduqdan sonra sevgi dəyişir. Qarşılıqlı həyəcan hissi hörmətə, anlayışa və dözümə çevrilir. Ailəni qorumaq üçün güclü olmaq lazımdır. Uğurlu ailə qurmaq üçün gənclərə tövsiyəm odur ki, öz taylarını tapsınlar: nə özlərindən aşağı, nə də yuxarı olmamalıdır. Bir övladımız var - Məhəmməd. Onunla ailəmiz bütövdür".
Gəlin-qayınan münasibətlərindən danışan A.Əliyeva bunları deyib:
"Qayınanamla problem yaşamamışam. Çünki o da, mən də ali təhsilli və mədəni insanlarıq. Həmişə bir-birimizi başa düşmüşük. Təəssüf ki, 3 ildir dünyasını dəyişib".