Daha bir Azərbaycan filminin qala gecəsi oldu - fotolar
Ölkə
10:13 / 30.04.15
2852dəfə oxunub
A-
A
A+
Nizami Kino Mərkəzində "1.000.000 manat. Şerlok Holms və doktor Vatson" filminin qala gecəsi keçirilib.
Axşam.az-ın məlumatına görə, dedektiv komediya janrında olan ekran işi 1 ay ərzində ərsəyə gəlib.
"Fon media"nın rəhbərliyi altında lentə alınan filmin baş prodüseri Rza Canıyev, Fərid Xanbudaqov, quruluşçu rejissoru Elmir Suleymanov, ssenari müəllifi Səbuhi Bayramov, quruluşçu operatoru Soltan Abdullayev, rejissor Oqtay Ağamalıyevdir.
Qala gecəsinə qatılan yaradıcı heyət açıqlamasında "1.000.000 manat. Şerlok Holms və doktor Vatson"un Türkiyədə kinoteatrlarda da nümayiş olunacağını bildirib.