Müğənni Günay İbrahimli fotokameramız qarşısına keçərək, yeni şəkillər çəkdirib.
Axşam.az-ın məlumatına görə, sənətçinin imicində dəyişiklik etməsi də diqqətdən qaçmayıb. Saç rəngini dəyişən və onları qısa kəsdirən G.İbrahimli gözlərinə də mavi rəngli linza taxıb.
Qeyd edək ki, G.İbrahimli təqdimata hazırlaşır. İfaçı Türkiyədə işıq üzü görən “Sənə bağlanıram” albomunun artıq hazır olduğunu və yaxın günlərdə təqdim edəcəyini bildirib.