“Klip təqdimatlarını sevmirəm. Həmkarlarım edirsə, bunu qınamıram. Hər kəsin qərarına hörmətlə yanaşıram. Amma özümə xoş deyil, etmirəm və etməyəcəm də”.
Bu sözləri Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni Zamiq Hüseynov deyib. O, İstanbula tez-tez getməyinin səbəbini açıqlayıb:
“Bakıda şəhərdə çox gəzə bilmirəm. Bütün günü bağda oluram, ya da dostlarla görüşürəm. İstəyirəm ki, avtobusa minim, metroya düşüm. Burada məni tanıyırlar. Rahat gəzə bilmirəm, sıxılıram. İstanbulda isə rahat oluram. Məni tanıyan yoxdur. Buna görə də üç-beş günlük gedirəm, gəzirəm, gəlirəm”.
Yeniliklərindən danışan sənətçi albom hazırladığını bildirib:
“Yeni mahnılarım çoxdur. Onları alboma yığıb, iki disk çıxardacam. Yeni klip də çəkdirəcəm”.
Həyatını idmansız təsəvvür etməyən Zamiq Hüseynov idmançı olmaq arzusundan bəhs edib:
“Uşaqlıqdan idmana böyük həvəsim var. Əgər müğənni olmasaydım, yüz faiz idmançı kimi fəaliyyət göstərərdim. İdmanın bütün sahələrini sevirəm və məşğul oluram".
Foto: Ramin ASLANOV