4 aylıq körpə 22 saat dağıntılar altında sağ qalıb - fotolar

4 aylıq körpə 22 saat dağıntılar altında sağ qalıb - fotolar
2223 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 25-də Nepalda tarixin ən güclü zəlzələlərində biri baş verib. Hər saat artan qurban xəbərləri ilə yanaşı xilasedicilər bir möcüzə ilə qarşılaşıblar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar dağıntılar altından 4 aylıq oğlan uşağını xilas ediblər. Zəlzələdən sonra bütün ümidini itirən ata oğlunu görüncə göz yaşlarını saxlaya bilməyib.

22 saatdan çox uçqunlar altında qalan körpənin vəziyyəti yaxşıdır.