Ananın oğluna dəstək üçün maraqlı ideyası - fotolar

Ananın oğluna dəstək üçün maraqlı ideyası - fotolar
2681 dəfə oxunub
  • A-
  • A
  • A+

Həkimlər gözləri zəif olduğu üçün 4 yaşlı Noa Fişerə eynək taxmağı məsləhət görürlər.

Lakin o, insanların ona güləcəyini fikirləşdiyi üçün bundan imtina edir. Anası Lindsi Fişer isə oğluna bunun əksini sübut etmək üçün Feysbukda səhifə açır. O, həmin səhifədə insanlardan ona eynəkli fotolarını göndərməyi xahiş edir.

Bundan sonra isə dünyanın fərqli ölkələrindən Noaya dəstək gəlir. Müxtəlif mesajlarla göndərilən fotolardan sonra balaca oğlan başa düşür ki, eynək taxmaq, əslində, həm dəbli, həm də original ideyadır.