“Baku Fashion Week” başlayır - fotolar

“Baku Fashion Week” başlayır -  fotolar
2391 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün paytaxtımızda “Baku Fashion Week” başlayır.

Axşam.az-ın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirilib.
 
Hafiz Ağayev adına prodüser mərkəzinin təşkilatçılığı ilə baş tutacaq moda nümayişində modelyerlərin yeni kolleksiyaları təqdim olunacaq. Nümayişlə bağlı H.Ağayev məlumat verib:

“Moda nümayişinin ilk günü payız-qış kolleksiyası təqdim olunacaq. Bu iş üçün peşəkar insanlar cəlb edilib. Mərasimin ilk günü gürcü dizayner Avtandilin əl işləri göstəriləcək. Daha sonra Gülşən Tağı, Yeganə Sadıqova və başqalarının geyim kolleksiyaları modasevərlərə təqdim ediləcək".

“Baku Fashion Week” üç gün keçiriləcək. "Jumeirah Bilgah Beach Hotel"də baş tutacaq tədbirin rejissorluğu Belarusdan dəvət edilən Nina Drakoya həvalə olunub.

Foto: Ramin ASLANOV