Oksana üçün xoş gün - fotolar

Oksana üçün xoş gün -  fotolar
3693 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulovanın anası Rəhnumə xanımın ad günüdür.

Axşam.az-ın məlumatına görə, hazırda Hindistanda olan sənətçi anasını sosial şəbəkə vasitəsiylə təbrik edib:

“Bu gün məni həyatda həqiqətən anlayan, döyünən ürəyim, əziz anamın ad günüdür. Hər dəfə onun doğum günündə söz verirəm ki, bir də anamı hirsləndirməyəcəm. Nə etsəm də alınmır. Çünki anam hər zaman övladlarının rahatlığını istəyir, dua etməkdən yorulmur. Hər zaman özündən kəsib balalarına verən gözəl anam, ad günün mübarək. Əllərindən öpürəm. Sənin üçün darıxıram. Allah səni bizim yanımızdan əskik etməsin. Bütün analara can sağlığı arzulayıram”.