Mayın 2-də ikinci dəfə ana olan Kembric hersoginyası Keyt Midlton xəstəxanadan çıxıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, qızı dünyaya gələn düşesi şahzadə Uilyam oğulları Georgi ilə birlikdə qarşılayıb. Xoşbəxt cütlük yeni doğulan körpələrini ictimaiyyətə nümayiş etdirib.
Xəstəxananın önünə toplaşmış geniş kütləyə təşəkkürünü bildirən Uilyam çox sevindiklərini dilə gətirib.