Rövnəq Abdullayev Yozef Blatterlə görüşüb - fotolar

Rövnəq Abdullayev Yozef Blatterlə görüşüb - fotolar
611 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev FIFA-nın prezidenti Yozef Blatterlə görüşüb.

Axşam.az-ın AFFA-ya istinadən məlumatına görə, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FIFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə FIFA-nın baş katibi Jerom Valke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.