Məşəl Hacıqabulda - fotolar

Məşəl Hacıqabulda - fotolar
1419 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Hacıqabul rayonu olub.

Axşam.az-ın məlumtına görə, mayın 5-də birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən Hacıqabula gətirilib.

Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

3,9 km məsafəni əhatə edən estafeti şəhər tağının yerləşdiyi general Məhəmməd Əsədov küçəsində boksçu şagird Əli Rüstəmov başlayıb.

Sonra İsmət Qayıbov küçəsi boyunca onu məşqçi-müəllim Teyyub İsmayılov, kikboksinq üzrə məşqçi Bədəl Bədəlov, sahibkar Elvin Rəcəbov, xəritəşünas Dilavər Əzizov, ictimai fəal Daşqın Nağıyev, bədən tərbiyəsi və idman müəllimiləri - ehtiyatda  olan zabit Emin Məmmədov, Samir Muradov və Ramil İbişov daşıyıblar.

Axşam saatlarında Heydər Əliyev meydanında qarşılanma mərasiminin keçirildiyi yerə məşəli sonuncu etsafetçi karate  kobudo məşqçisi Elnur Şəfiyev gətirərək, səhnəyə qalxıb.

Hacıqabul şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, voleybolçu Ayşən Şükürova Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevaya təhvil verib.

Görüşlər başa çatdıqdan sonra, estafet iştirakçıları Kür mənsəbindən Araz çayı boyunca davam etdirərək mayın 6-da əvvəlcə Saatlıda olacaqlar, axşam saatlarında isə Sabirabadda böyük Alov Festivalı təşkil olunacaq.