"Survivor All Star"da sevgi iddiası - fotolar

"Survivor All Star"da sevgi iddiası - fotolar
9259 dəfə oxunub
  • A-
  • A
  • A+
TV8-in ən reytinqli proqramı "Survivor All Star"da iki yarışmaçı arasında sevgi münasibəti olduğu iddia edilir.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, "Könüllülər" komandasında iki qrup yarandığından bəri tərəflər arasında yaxınlaşma olmamışdı. Lakin son seriyalarda Turabi və Hilmicem Begümlə səmimi davranmaya başlayıb.

Xüsusilə də, Hilmicemin Begümlə çox vaxt keçirməsi, yarışlarda onu təbrik etməsi sosial mediada sevgi dedi-qodularına səbəb olub. Son hissələrdən birində onların sahildə yan-yana oturub dərdləşməsi isə iddaları gücləndirib.

Cütlüyü bir-birinə yarışdıran tamaşaçılar Tvitterdə onlar üçün dəstək mesajları yazırlar.