Müğənni Ebru Gündeş gənc dizayner Gülnur Günəşlə yeni işbirliyinə başlayıb.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, ötən gün ona hazırlatdığı səhnə libasını götürməyə gedən sənətçi paparassilərin obyektivinə tuş gəlib.
Qeyd edək ki, E.Gündeşin xüsusi tikilmiş geyimlərinin qiyməti 10-40 min lirə (təxminən 4-16 min manat) arasında dəyişir.
Xatırladaq ki, ötən həftə Ebru həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrabla birlikdə gecə saat 1-də mağazalardan birini açdırmış və bir saat ərzində orada 600 min lirə (təxminən 232 min manat) pul xərcləmişdi.