Vüsalə Rəcovanın duet ortağı xalq artisti oldu

Vüsalə Rəcovanın duet ortağı xalq artisti oldu
2072 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vüsalə Rəcova yeni duet hazırlayır.

Axşam.az-ın məlumatına görə, ifaçının duet ortağı xalq artisti Niyaməddin Musayevdir.

Sənətçi N.Musayev tərəfdən hər zaman dəstək gördüyünü bildirib:

“Bu, bizim sayca ikinci işbirliyimiz olacaq. Bundan əvvəl Niyaməddin müəllimin bəstəsi olan bir mahnını oxumuşdum. Sənətkarlarımızın hər biri məktəbdir, onlardan sağlığında bəhrələnməliyik”.

Qeyd edək ki, duet yaxın günlərdə hazır olacaq. V.Rəcova həmçinin yeni mahnılarından ibarət disk hazırlayır.