Heydər Əliyevin 92-ci ildönümü münasibətilə tədbir keçirilib

Heydər Əliyevin 92-ci ildönümü münasibətilə tədbir keçirilib
601 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbirdə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edib. O, Ulu öndərin xalqının böyük sərvəti hesab etdiyi milli mədəniyyətimizin inkişafı istiqamətində misilsiz xidmətlər göstərməsindən, tarixən zəngin olan mədəniyyətimizin bugünkü səviyyəyə yüksəlməsində əvəzedilməz rolundan danışıb.

F.Babayev bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra hər sahədə olduğu kimi, mədəniyyətimizdə də böyük işlər görülüb:

"Azərbaycanda musiqi, teatr, ədəbiyyat, kino və başqa sahələrdəki inkişaf ilk əvvəl Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olub. Ulu öndər milli-mənəvi dəyərlərin qorunması və təbliği üçün misilsiz xidmətlər göstərib".

Daha sonra tədbirdə çıxış edənlər, Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə mədəniyyətin keçdiyi tarixi inkişaf yolundan bəhs ediblər.