Saatlı və Sabirabadda "Bakı 2015" Alov Festivalı keçirilib.
Axşam.az-ın məlumatına görə, Birinci Avropa Oyunlarının məşəli əvvəl Saatlı rayonunun qonağı olub.
Heydər Əliyev prospektində quraşdırılmış tağdan başlamaqla, məşqçi-müəllim Mirhəbib Əzizovun başladığı məşəl yürüşündə 2,63 km-lik yolu taekvondo məşqçisi Pərviz Məmmədov, ictimai fəallar Elşən Əzizov və Mehriban Ağayeva, orta məktəb müəllimləri Xanım Allahyarova, Seymur İslamov və Vüqar Namazov, veteran idmançı, məşqçi-müəllim Əbülfəz Əliyev, mədəniyyət işçisi Rauf Məmmədli qaçıblar.
Heydər Əliyev meydanında qurulmuş səhnəyə məşəli sonuncu yürüşçü, mədəniyyət işçisi İntiqam Həsənov gətirib. Oyunların burada yandırılan çırağını sərbəst güləş üzrə yeniyetmələr arasında ölkə çempionu Namaz Cəfərov şəhər ictimaiyyətinə təqdim edib.
Maraqlı qarşılanma mərasimindən sonra məşəl karvanı Sabirabada yola salınıb.
Bu yürüşü məşqçi-müəllimlər - regionda güləş ənənələrinin formalaşmasında böyük xidmətləri olmuş Mirəflan Ağayev və Seyfulla Mehdiyev, ictimai fəallar - Ramiz Məmmədov, veteran futbolçu İbrahim İbrahimov, atlet Rüfət Mehdiyev və Mərkəz Regional Futbol Federasiyasının prezidenti Nadir Quliyev, həmçinin Bakı 2015-in rəsmi tərəfdaşının nümayəndəsi İlham Əzimov, tələbə və peşəkar idmançı Əlicabbar Nuriyev, Bakı 2015-in ulduz elçisi İlkin Həsəni və məktəbli Seymur Adışov davam etdiriblər.
Pəhləvan Amid Babayev məşəllə Heydər Əliyev parkının tağından keçərək, burada quraşdırılmış səhnəyə çıxdı. O, Avropa Oyunlarının çırağını yandırdı və 11-ci sinif şagirdi Nərgiz Əsgərova onu rayon ictimaiyyətinə təqdim edibş
Sonra möhtəşəm Alov Festivalı baş tutub.