Çimərlik paltarı geyinmək üçün 30 kiloqram arıqladılar - fotolar

Çimərlik paltarı geyinmək üçün 30 kiloqram arıqladılar - fotolar
3333 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da 6 qadın maraqlı ideyalarına görə medianın diqqətini çəkiblər.

Axşam.az-ın "Dailymail"ə istinadən məlumatına görə, çox kök olan qadınlar bu yay çimərlik paltarı geyinməyi qarşılarına məqsəd qoyaraq arıqlayıblar.

Müxtəlif yaşlarda və peşələrdə olan bu qadınlar bir il ərzində 25-30 kilo arıqlayıblar. Onlar bunu hər kəsə göstərmək üçün tanınmış jurnallara müsahibə veriblər.

42 yaşlı Lusi qeyd edib ki, bir il əvvəl həyatında bir daha çimərlik paltarı geyinə biləcəyini düşünmürmüş. Onun sözlərinə görə, düzgün idman və sağlam qidanın sayəsində istədiyi çəkini artıq əldə edib.