Aktyorun sürprizi anasını ağlatdı – fotolar

Aktyorun sürprizi anasını ağlatdı – fotolar
2381 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur aktyor Eşton Katçerin sürprizi anasının saatlarla ağlamasına səbəb olub.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktyor uşaqlığının keçdiyi evi başdan-ayağa dizayn etdirərək anasını sevindirib. Ögey atası tərəfindən Eşton hələ 13 yaşında olarkən inşa edilmiş mənzilin dekorasiyası yenilənib. Anası Diananı ilham mənbəyi adlandıran 37 yaşlı aktyor “Bu da mənim anama təşəkkürüm” deyib.

Aktrisa Mila Kunislə nikahından bir qızı olan Eşton evi valideynləri ilə yaşayan bacısının uşaqlarını da nəzərə alaraq dəyişdirdiyini sözlərinə əlavə edib. Bütün işlər isə cəmi 27 günə tamamlanıb. E.Katçerin anası bu sürprizi görəndə göz yaşlarını saxlaya bilməyib.