“Xanımlar hər zaman baxımlı olmaq üçün çalışırlar. Qadın özünə pul xərcləyib, bahalı geyinə bilər. Amma sevmirsə, gözəl görünməyəcək. Mən də sevirəm və sevilirəm. Gözəl görünməyimin səbəbi də sevməyimdir”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Xatun Əliyeva deyib.
O, baxım üçün xərclədiyi pulun məbləğini açıqlayıb:
“Əynimdəki libasa 300 manat xərcləmişəm. Ayaqqabımı isə ucuz almışam. Saçımı və makiyajımı qardaşım Balaş edib. Əvvəl məndən pul almırdı. Hətta öz qazancını da mənə xərcləyirdi. Amma indi görür ki, qazanıram məndən pul güdür. Bu yaxınlarda ona bahalı telefon aldım və min manat pul verdim. Bütün pullarım ona qurbandı. Mənim bu yerə gəlməyimdə Balaşın böyük rolu olub. Salona gedəndə daha çox masaj xidmətindən istifadə edirəm. Hər masaja isə 50 manat verirəm”.
Foto: Ramin ASLANOV