Prezident və xanımı açılışda - fotolar

Prezident və xanımı açılışda -  fotolar
1751 dəfə oxunub
  • A-
  • A
  • A+

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.

Axşam.az-ın AzərTac-a istinadən məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.

Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.

Daha sonra dövlət başçısı veteranlarla görüşüb.