Günay Elnurun partisində - fotolar

Günay Elnurun partisində - fotolar
2799 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision” təmsilçimiz Elnur Hüseynovun İstanbulda planlaşdırdığı parti baş tutub.

Axşam.az-ın məlumatına görə, gecənin aparıcılığını Hüsniyyə Məhərrəmova və türkiyəli Cess Molho edib. 

Mərasimə qardaş ölkədə yaşayan azərbaycanlı model Günay Musayeva və türkiyəli müğənni Betül Demir də qatılıb.

Partini onlayn izləyən tamaşaçılar selfi çəkdirib, elektron ünvana göndəriblər. Onlar arasında on nəfər seçilərək, Vyanada baş tutacaq “Eurovision” yarışmasına bilet əldə edib.

Gecədə mahnılar səsləndirən E.Hüseynov ona ünvanlanan sualları cavablandırıb, yeni planlarından danışıb.