Serbiyalı pop müğənni Yelena Karleus həmkarı Beyonsu onu təkrarlamaqda günahlandırıb.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, o, İnstaqramda Beyonsun paltarlarını ondan əvvəl geyindiyinə aid fotokollajlar paylaşaraq yazıb:
"Beyons, müharibə istəyirsənsə, buyur. Beyonsun fanatları, siz həqiqəti bilməlisiniz. Bu, əsl həqiqətdir".
O, ifaçının "Met Gala 2015"dəki libasının da ona aid olduğunu iddia edib.