Türkiyənin tanınmış ifaçısı Səlami Şahin həyat yoldaşı Didəm Şahinlə evliliklərinin 30-cu ildönümündə yenidən nikah masasına əyləşəcək.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, 1985-ci ildə ailə quran cütlüyün nikah şahidi uşaqları olacaq. Didəm Tanju Babacanın imzasını daşıyan gəlinlik geyinəcək. S.Şahin artıq ailəsi ilə birlikdə toyqabağı fotosessiya da etdirib.