İngiltərə taxtının beşinci vəlihədi şahzadə Harri Avstraliyadakı hərbi xidmətini başa vurub.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ölkəsinə qayıdarkən hava limanında böyük kütlə tərəfindən yola salınan şahzadə tələbələrdən birinin gözlənilməz təklifi ilə qarşılaşıb. Gənc qız Harriyə “Şahzadə, mənimlə evlən. Sonuncu şansdır” sözləri yazılmış plakatla eşq elan edib. Təklifi nəzakətlə rədd edən şahzadə tələbənin onu yanağından öpməsinə icazə verib. Ancaq qız bununla kifayətlənməyərək Harrini dodaqlarından da öpüb.