Şahzadə Uilyamla Kembric hersoginyası Keyt Midltonun oğlu Georginin kimə daha çox bənzədiyi ortaya çıxıb.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, qısa müddət əvvəl Şarlotta adlı qızları dünyaya gələn cütlüyün oğlunun əslində valideynlərinə oxşamadığı məlum olub. Georgi baxışı, jestləri və mimikaları ilə Keytin atası Maykl Midltona bənzəyir.
Balaca şahzadə doğulanda Uilyam “Oğlum anasına oxşayır” deyərkən Keyt buna etiraz etmiş, “Buna o qədər də əmin deyiləm”, - deyə cavab vermişdi.