Azərbaycanlı gəncin Hollivud uğuru - fotolar

Azərbaycanlı gəncin Hollivud uğuru - fotolar
5394 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 9-da Hollivudda gənc azərbaycanlı ssenarist Fariz İsmayılovun “Ata məni bağışla” (Forgive Me Father) filminin qala-nümayişi olacaq.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, Fariz İsmayılov diqqətə çatdırıb ki, kino sənətinə olan marağı və istedadı artıq onu aparıb Hollivuda çıxarıb.

Qısametrajlı “5150 telefilmləri” (2014), “Honq-Konq kafesində bir gecə” (2015) adlı filmləri ilə tanınan Fariz İsmayılovun son əsəri olan “Ata məni bağışla” filmi dram janrında “IMDbPro” şirkəti tərəfindən istehsal olunub. Bu filimdə Fariz İsmayılov həm də aktyor kimi çəkilib.

Terrorizmə qarşı mübarizəyə həsr edilən “Ata məni bağışla” filmində qızğın döyüş səhnələri yer alıb.