Hollivudun məşhur cütlüyü Bred Pitt və Ancelina Colinin birgə çəkildikləri yeni filmlərindən fotolar yayılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 1970-ci illərin Fransasından bəhs edən filmdə Coli Vanessa adlı keçmiş rəqqasəni, Bred isə onun həyat yoldaşı olan yazıçı obrazını canlandıracaq.
İndidən ilin iddiali filmlərindən və "Oskar"a namizəd sayılan "By the sea" ("Dəniz tərəfdən") noyabrda təqdim olunacaq.
Qeyd edək ki, cütlük "Mister və Miss Smitlər" filminə birgə çəkildikdən sonra aralarında sevgi münasibətləri yaranıb. Aktrisa yeni filmin karyerasında sonuncu olacağını bəyan edib.