Bekhem İnstaqramda rekord qırdı - fotolar

Bekhem İnstaqramda rekord qırdı - fotolar
2468 dəfə oxunub
  • A-
  • A
  • A+

Futbolçu Devid Bekhem 40 yaşını qeyd etdikdən sonra İnstaqramda ilk profilini açıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ilk gündə 2 milyona yaxın təqibçi yığan Devidin 5-ci gün təqibçilərinin sayı 5 milyona çatıb.

O, bununla aktrisa Emma Uostonun rekordunu qırıb: 2 gündə 2 milyon.

Bekhemin paylaşdığı ilk foto isə səhər selfisi olub:

"Sabahınız xeyir! Nəhayət ki, İnstaqramdayam. Həyatımın xüsusi anlarını sizinlə paylaşacağım üçün şadam".

Keçmiş futbolçu həyat yoldaşı Viktoriya və uşaqları ilə bir neçə fotosunu da sevənləri üçün təqdim edib.