86 yaşlı Böyük Britaniya Kraliçası II Elizabeti nəvəsi şahzadə Uilyamsın yeni doğulmuş qızının bezini dəyişdirərkən təsəvvür etmək mümkün deyil.
Çünki özü də 5 uşaq sahibi olan kraliça, bəlkə, həyatı boyu belə bir şey etməyib. Amma ingilis fotoqraf Allison Cekson kral ailəsinin oxşarlarından istifadə edərək maraqlı layihə təqdim edib.
Daha əvvəl də oxşarlar vasitəsilə "Kral ailəsinin" fotosessiyasını hazırlayan fotoqrafın budəfəki şəkllərində də dünyanın ən məşhur ailəsinin gündəlik həyatı "görüntülənib".
Axşam.az xarici KİV-ə istinadən həmin fotoları təqdim edir.