Cimmi Çu adlı itin İnstaqram səhifəsində 325 min təqibçisi var.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, o, tanınmış markanın reklamında çəkilərək dünyanın ən məşhur heyvanlarından birinə çevrilib.
Bulteryer cinsindən olan Cimminin sahibi braziliyalı rəssam Rafael Mantessodur. Onun sosial şəbəkədə açdığı profili görən "Jimmy Choo" aksesuar brendi əməkdaşlıq üçün təklif göndərib.
Beləliklə, Cimmi Çu markanın simasına çevrilib.