Moskvada 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibətilə bayram tədbirləri keçirilib.
Axşam.az-ın AzərTac-a istinadən məlumatına görə, Rusiya Federasiyasına işgüzar səfərə gedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram tədbirlərində iştirak ediblər.
İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vladimir Putin Kremldə qarşılayıb.
Fəxri qonaqlar bayram təntənələrinin keçirildiyi Qızıl meydana gəldikdən sonra hərbi parad başlayıb.
Mayor Mehdi Mahmudovun rəhbərliyi ilə 70 Azərbaycan hərbçisindən ibarət parad heyəti Qızıl meydanda tribunalar qarşısından keçib.