İşın Karaca: "Bakıda ev almalıyam" - fotolar

İşın Karaca: "Bakıda ev almalıyam" - fotolar
4930 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İşın Karaca Bakıda konsertdə olub.

Axşam.az-ın məlumatına görə, sənətçi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən Gül bayramına və Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr edilən konsert proqramında çıxış edib. Çıxışından sonra ifaçı jurnalistlərlə təəsüratlarını bölüşüb:

"İki millət, bir dövlət kimi Gül Bayramında iştirak etmək çox sevindiricidir. Avropa Oyunlarının Bakıda keçirilməsi də çox qürur vericidir. Hər Bakıya gəlişimdə buraya yenidən aşiq oluram. Mədəniyyətini bu qədər qoruya bilməsini, insanlarının bu qədər mədəni olmasını çox sevirəm. Mən Bakıda mütləq ev almalıyam, burada yaşamalıyam, uşaqlarım da bir müddət burada yaşamalıdır. Bakıya tez-tez toylara gəlirəm, gəzməyə də gəlirəm. Amma heç birinizin xəbəri olmur".

Müğənni eyni səhnəni bölüşdüyü Röya haqda da danışıb:

"Röya ilə səhnədə oldum, onu çox sevirəm. Həyata, övladlarımıza baxışımız eynidir. Onunla Türkiyədə də danışmışdım. Bir layihə ola bilər. İkimiz də romantik adamlarıq. Yay bitsin, yağışlar, depressiyalar başlasın, bir mahnı çıxaracağıq. 10 il əvvəl Uitni Hyustonla Meray Kerrinin duetini görəndə fikirləşmişdim ki, Allahım mənə mənim qədər ürəkdən oxuya bilən bir duet ortağı ver. İndi Röyayla bu barədə düşünürəm. Röya dünya ulduzudur. Bəlkə onunla bir yerdə konsert də verərik".

FOTO: Azad BAĞIROV