Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət edib - fotolar

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət edib - fotolar
3230 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü günüdür.

Axşam.az-ın məlumatna görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabanda olublar.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyu,b onun xatirəsini ehtiramla anıb, Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlətimizin başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.