Azərbaycan ümummilli lider Heydər Əliyevin 92 illiyini qeyd edir - fotolar

Azərbaycan ümummilli lider Heydər Əliyevin 92 illiyini qeyd edir - fotolar
1133 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün müstəqil Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür.

Səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua oxuyurlar.

Axşam.az Trend-ə istinadən Fəxri Xiyabandan fotoları təqdim edir.