Elgizin toyunda nələr baş verdi? - fotolar

Elgizin toyunda nələr baş verdi? - fotolar
19309 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış teleaparıcı Elgiz Əkbərin dünən toyu olması barədə xəbər vermişdik.
 
Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, Sərxan Kərəmoğlunun idarə etdiyi toyun aparıcı müğənniləri əməkdar artistlər Firuzə İbadova və Cavanşir Məmmədov olub.

Sərxanın təqdimatı ilə qonaq sənətçilər səliqə ilə səhnədə çıxış ediblər. Bircə primadonna İlhamə Quliyeva səhnədə deyil, elə oturduğu yerdə mahnı oxuyub.

Xalq artisti Flora Kərimova digər həmkarları kimi səhnədə oxuyub və qonaqlarla birlikdə doyunca rəqs edib.

Flora xanımın ifasından sonra İ.Quliyevanın masasında əyləşənlərdən başqa, bütün qonaqlar sənətkarı ayaq üstə alqışlayıblar. Amma S.Kərəmoğlunun qonaqlardan onun üçün bir daha alqış istəməsi Kərimovanın xoşuna gəlməyib:
 
"Tamaşaçıdan alqış istəmək sənətkara təhqirdir. Bu sənətkarı alçaltmaqdır. Sənətkar üçün alqış dilənmək olmaz" - deyə, aparıcıya irad tutub.

Flora xanım ifasını başa çatdırdıqda, təəccüblü də olsa, İlhamə Quliyeva əllərini yuxarı qaldıraraq nümayişkaranə şəkildə onu alqışlayıb.

Bir-birlərinin ünvanına efirdə və saytlarda təhqirlər işlədən Nadir Qafarzadə ilə Cavanşir Məmmədovun toy boyu pıçıldaşması da qonaqlara qəribə gəlib.