Model Adriana Lima "Marc Jacobs" ətirlərinin yeni siması seçilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu haqda Adriana öz İnstaqram səhifəsində xəbər verərək dizayner M.Yakobsla olan fotosunu paylaşıb.
Qeyd edək ki, 33 yaşlı braziliyalı model bundan əvvəl brendin yeni kolleksiyasının fotosessiyasında iştirak etmişdi. Eləcə də, o, "Met Gala" gecəsinə dizaynerin hazırladığı libasda qatılmışdı.