Milli parkda atəşfəşanlıq - fotolar

Milli parkda atəşfəşanlıq -  fotolar
1115 dəfə oxunub
  • A-
  • A
  • A+

Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti mayın 10-da Dənizkənarı Milli Parkda “Sən elə bir zirvəsən” adlı rəngarəng bayram konserti təşkil edib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və qonaqları respublikanın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər. Birinci Avropa Oyunlarının proqramına daxil olan idman növləri ilə bağlı görüntülər də nümayiş olunub.

Sonda atəşfəşanlıq təşkil olunub.