Türk kinosunun "sultanı" sayılan Türkan Şoray qızı Yağmur Ünalla birlikdə Analar Gününə həsr olunmuş tədbirdə sevənləri ilə görüşüb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 3 saat boyunca o, fanatları ilə foto çəkdirib, onlara imza verib. Şoray Demet Akalının "Türkan" mahnısı səsləndirilən kimi ayağa qalxaraq hər kəslə rəqs edib.
Analar Günü ilə bağlı danışan aktrisa qızı Yağmurun qucağına aldığı bir uşağa baxaraq deyib:
"Ümid edirəm, mənim də bir gün belə gözəl nəvəm olar. Nənə olmaq istəyirəm. Allahın mənə bəxş etdiyi ən gözəl hədiyyə qızımdır".