Dünyanın ən yaxşı qadın voleybulçuları arasında yer alan gürcü əsilli Fransa oyunçusu Viktoriya Ravva 25 illik karyerasını bitirdiyini açıqlayıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, əfsanəvi oyunçu 20 ildir formasını geydiyi "RC Cannes"da 19 dəfə Fransa liqasının, 18 dəfə kubokun, 2 dəfə Çempionlar Liqasının birincisi olub. 1993-95-ci illərdə Türkiyənin "VakıfBank Ankara" klubunda oynayan Ravva 1 dəfə də Türkiyə Kubokunun çempionluğunu yaşayıb.
O, yeni mövsümdən etibarən "RC Cannes"ə klub meneceri olacaq.
Viktoriya yaxşı voleybolçu olmaqla yanaşı model kimi təqvimlərə və jurnallara verdiyi fotosessiyaları ilə də məşhurdur.