Aparıcı Hacı Nuran Bakıdakı yanğında yaralananlara baş çəkib.
Axşam.az-ın məlumatına görə, müğənni Röya Ayxanın oğlu Hüseyn də onunla olub.
Övladının fotolarını sosial şəbəkədə paylaşan Röya hər kəsdən incidiyini vurğulayıb:
“Mənim varlığım bu gün mayın 19-da yaşanan bədbəxt hadisədə zərərçəkən yaşıdlarını ziyarət etdi. Allah itirdiyimiz balalara rəhmət eləsin. Valideynlərinə səbr versin. Oradan sağ çıxan və bizim gələcəyimiz olan körpələrə can sağlığı arzulayıram. İndi də yanan binanın önünə gedirik. Çiçəyimizi qoyaq, şamımızı yandıraq. Ruhları şad olsun. Bu iki gündə mənə qarşı çox amansız davrandınız. İnciməyin, daha sizin səmimiliyinizə inanmıram. Bundan sonra önünüzdə sizə qarşı sadə olan Röyanı çətin görəsiniz. Belə birlik olmaz. Məni xalq düşməni etdiniz. Allah köməyiniz olsun. Amma unutmayın, o təhqir etdiyiniz qadın çox həssasdır. Bir gün dözməz həyatına son qoyar. Anlayışlı olun, hər kəs dərdini bir cür çəkir. Mən isə sadəcə susuram”.
Qeyd edək ki, müğənni mayın 19-da Bakıda baş verən yanğınla bağlı başsağlığı vermədiyi üçün İnstaqram səhifəsində tənqid olunmuşdu.